Sakit okeanda, Yeni Zelandiyaya məxsus Oklend adaları bölgəsində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 637 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Oklend adaları Yeni Zelandiyanın cənubunda yerləşən subantarktik arxipelaqdır və bölgə Sakit okeanın aktiv seysmik qurşaqlarından birində yerləşdiyi üçün burada vaxtaşırı güclü zəlzələlər müşahidə olunur.
