Davit Amalyan: “Ölkə sanki tətildədir”backend

Davit Amalyan: “Ölkə sanki tətildədir"

“Ölkə sanki tətildədir. Tətil başa çatmalı və dövlətyönlü hökumət olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə müğənni Vardan Amalyanın atası Davit Amalyan jurnalistlərə bildirib.

Müqavimət olarsa, müharibənin baş verəcəyi ilə bağlı hakimiyyətin müşahidələrinə toxunan Amalyan deyib: “Hakimiyyət nə istəsə deyəcək, indi hakimiyyəti dinləməyin. Çünki onlar azərbaycanpərəst fikirlər söyləyirlər. Mən siyasətçi deyiləm, amma ürəyim deyir ki, bir insan kimi mənə dözə bilmirlər. Təbii ki, hamımız müharibə olmamağı istəyirik”.

Qeyd edək ki, Tavuş Yeparxiyasının lideri Baqrat, müxalifətçi deputat Qarnik Danielyan və siyasətçi Suren Petrosyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatının üzvləri 3-cü gündür yürüşlərini davam etdirirlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*