Dəhşətli qəzada ölənlərin kimliyi bilindibackend

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi

Xəbər verdiyimiz kimi, Tərtərdə ağır yol qəzası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Təzəkənd kəndindən keçən hissəsində baş verib.

Qəzada ölənlərin kimliyi məlum olub. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri – 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

Maşın idarəetmədən çıxandan sonra ağaca çırpılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*