Deputat rus xiyarına görə jurnalistlə mübahisə etdi – VİDEObackend

Deputat rus xiyarına görə jurnalistlə mübahisə etdi - VİDEO

Polşa Seyminin deputatı Yaçek Buri mübahisə zəminində teleaparıcının masasının üzərində rus xiyarını əzib.

KONKRET.az xəbər verir ki, “TVP Info” telekanalının aparıcısı Miloş Kleçek Polşada benzinin ucuz olması ilə bağlı sözlərinə görə Burini ittiham edib.

“Siz polyakların 10 zlotıya yanacaq doldurmasını istəyirsiniz. Bu arzundurmu, senator? Siz onu ödəyə bilərsiniz, çünki rus xiyarları ilə ticarət edirsiniz”, – jurnalist istehza ilə qeyd edib.

Bununla belə, deputat Kleçeki dövlət müəssisəsinin işçisi kimi külli miqdarda pul qazanmaqda və adi polyakların necə yaşadığını anlamamaqda ittiham edib.

“Sən çox ağıllısan, xahiş edirəm, bu sənin üçündür”, – deyən Buri cibindən xiyarı çıxararaq aparıcının stolunun üzərində əzib və studiyanı tərk edib.

Aparıcı deputatın rus xiyarlarını sataraq sərvət qazandığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*