backend

Deputatlığa namizədlərin seçki dairələri üzrə SİYAHISI açıqlandı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı ictimailəşdirilib.

KONKRET.AZ xəbər verir ki, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib.

Artıq Mərkəzi Seçki Komissiyasının saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*