Düşmən bu xəbərlərlə hiyləgər gediş edir – AYIQ OLUN!backend

Düşmən bu xəbərlərlə hiyləgər gediş edir - AYIQ OLUN!

Qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlanan hərbi əməliyyatlara paralel olaraq təcavüzkar ölkə Azərbaycana qarşı təxribat məqsədli genişmiqyaslı informasiya müharibəsi aparır.

Bunun tərkib hissəsi kimi Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlər Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında xüsusi yer alır. İşğalçı Ermənistan bundan başqa Türkiyə ordusunun da əks-hücum əməliyyatlarında iştirakı haqda mif yaradılmasına və təbliğatını bu istiqamətdə qurmağa xüsusi diqqət yetirir.

Bununla Ermənistan aşağıdakı məqsədləri güdür:

– Təbliğatı bu istiqamətdə qurmaqla Ermənistan Azərbaycan Ordusunun beynəlxalq hüquqla təsbit olunmuş normalara uyğun şəkildə əks hücum əməliyyatlarına başlamasından diqqəti yayındırmağa çalışır;

– Azərbaycan Ordusunun qısa zaman kəsiyində növbəti dəfə erməni silahlı qüvvələri haqda mifi darmadağın edərək, düşmənin müdafiə xəttini yarması təcavüzkar ölkə daxilində böyük narazılıq və təşviş yaradıb. Ermənistan hakimiyyəti və KİV-ləri bunun səbəbini muzdlu döyüşçülər və Türkiyə amili ilə izah etməyə və daxili auditoriyanı aldatmağa cəhd edir. Lakin bu xüsusda ortaya hansısa sübut qoyulmur. Bu da əsas etibarı ilə sosial şəbəkələrin erməni seqmentində hakimiyyətdən ciddi narazılıq edilməsi ilə müşayiət olunur;

– Azərbaycan tərəfindən muzdlu döyüşçülərin vuruşduğunu iddia etməklə Ermənistan ordusunun sıralarında terrorçuların, müxtəlif xarici ölkələrdən, o cümlədən Yaxın Şərqdən gətrilmiş muzdluların olduğunu arxa plana atmağa çalışır;

– Sonrakı məğlubiyyətlərinin də səbəbini Ermənistan hakimiyyəti muzdlu döyüşçülər və guya Azərbaycana hansısa xarici dəstəklə izah etməyə zəmin hazırlayır;

– Türkiyənin Azərbaycanın yanında yer aldığını göstərmək üçün Ermənistan media və sosial şəbəkələr vasitəsilə dövriyyəyə çoxsaylı saxta xəbərlər buraxır. Amma yenə bununla bağlı ortaya heç bir sübut qoyulmur.

– Türkiyə amilinin xüsusi qabardılması ilə döyüş meydanında tək qaldığını göstərmək, bununla kənar dəstəyə ehtiyacının olduğunu nümayiş etdirməyə cəhd göstərir.

– Türkiyənin müstəqil siyasətindən qıcıqlanan, onun Cənubi Qafqazda mühüm geosiyasi oyunçulardan biri olmasına qarşı çıxan dövlətlərinin dəstəyini bu yolla almağa çalışır.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*