Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərində şiə məscidinə edilən bombalı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə terror təşkilatı “İŞİD” sosial media hesablarında paylaşım edib.
Şahidlər hücumda ölənlərin sayının 31-ə yüksəldiyini, yaralananların sayının isə 80-dən çox olduğunu iddia edib. Hücum məsciddə günorta namazı qılınan zaman baş verib.
Məzari-Şərifdəki xəstəxananın rəsmisi Gavsuddin Ənvəri bildirib ki, şiələrin “Sai Doken” məscidində baş verən partlayışdan sonra ölən və yaralananlar təcili yardım maşınları və şəxsi avtomobillərlə xəstəxanaya gətirilib.
Ənvəri hücumda ən az 10 nəfərin həyatını itirdiyini, 40 yaralının isə xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Şahidləri hadisənin intihar hücumu olduğunu bildirib.
İqbal Rzayev,
KONKRET.az
