Elarizin mahnısı ABŞ radiosunda – VİDEObackend

Elarizin mahnısı ABŞ radiosunda - VİDEO

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun mahnıları yerli radioda səslənir.

KONKRET.az bildirir ki, bu barədə qafqazinfo-ya sənətçinin özü məlumat verib.

Belə ki, Məmmədoğlunun “Azəri torpağı”, “Hədiyyə” adlı mahnıları “Davidzon radio”da səslənir. Radionu Nyu-York, Nyu-Cersi, Konnektikut ştatlarında radio dalğada, internet üzərindən isə bütün dünyada dinləmək mümkündür.

Nyu-Yorkda yaşayan müğənni, həmçinin bildirib ki, Yeni il bayramı ilə əlaqədar digər ştatlardan restoran və konsert zallarında konsert vermək üçün təkliflər alıb və bir neçəsini qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*