Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimiz vətənə gətirildi – FOTOLARbackend

Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimiz vətənə gətirildi - FOTOLAR

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun dərc etdiyi məlumatda deyilir.

Bildirilir ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*