Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə telefonla danışıb.
KONKRET.az bildirir ki, onlar İsrail-HAMAS münaqişəsi, ikitərəfli əlaqələr və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan, xüsusilə, Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı işdən məmnunluğunu ifadə edib.
Fatimə Lətif,
KONKRET.az
