“Erməni siyasətçi sənə dost deyirsə, səni bıçaqlamaq istəyir, qardaş deyirsə, deməli bıçaqlayır”backend

“Erməni siyasətçi sənə dost deyirsə, səni bıçaqlamaq istəyir, qardaş deyirsə, deməli bıçaqlayır”

Gec və ya tez son günlərin bütün təxribatları Ermənistanın məqsədlərini ortaya çıxardı. Sxemin primitiv ikitərəfli hədəfi müəyyən olundu.

Lakin ermənilər bunu başqa cür necə edəcəyini bilmirlər. Paşinyan həqiqətən də ŞƏT sammitinə gedib orada onu narahat suallara cavab vermək istəmirdi. Və belə oldu – səfəri ləğv etmək və Moskva ilə müttəfiqlik əlaqələrinin çəpərinə kölgə salmaq və amerikalıları sakitləşdirmək lazım gəldi. Təsadüfi deyil ki, indi parlament sədrinin yerini tutan, Ermənistanın baş nazirinin şəriki Alen Simonyanın ABŞ-ın gərginliyin azaldılmasında “aparıcı rolu” barədə qışqırtısı qulaq batırır. Beləcə Paşinyan  və onun komandası Rusiyanın bütövlükdə Cənubi Qafqaz regionunda vəziyyətə təsirinin əhəmiyyətini azaltmağa çalışır.

Bu baxımdan Nensi Pelosinin Ermənistana indiki qəfil səfəri təsadüfi deyil. İrəvan artıq Amerika bayrağının rənglərinə boyanıb. Xəbərlərdə də bildirildi ki, hətta ABŞ spikerinin kortejinin marşrutu boyunca Vladimir Putinin təsviri olan reklam lövhələri də götürülüb.

Beləliklə, Rusiyanın əsas “müttəfiqi” artıq Vaşinqton qarşısında bacardıqca əyilmək istəyir.

Problem ondadır ki, erməni isteblişmentinin Rusiyaya olan bütün iddiaları, yumşaq desək, cansıxıcı olmağa başlayıb. Ermənistan o vəziyyətdə deyil ki, kimdənsə nəsə tələb etsin, kiməsə nəsə təqdim etsin. Bu iddialar İrəvandakı ABŞ səfirliyi binasından kuratorların razılığını almaq ümidi ilə irəli sürüləndə daha da qüsurlu görünür.

Yaxşı olardı ki, ermənilər hər şeydə Moskvanı günahlandırmaqdansa, öz ölkələrində asayişi bərpa etməyə çalışsınlar. Maraqlıdır, görəsən, dövlətin başında dayanan amerikapərəst, zarafatcıl Paşinyan bunu bacaracaqmı?

Yeri gəlmişkən, hazırda Rusiyanın elitasında məşhur bir ifadə tez-tez səsləndirilməyə başlanıb: “Erməni siyasətçi sənə dost deyirsə, səni bıçaqlamaq istəyir, sənə qardaş deyirsə, artıq bıçaqlayır”.

Bax beləcə İrəvanlı avantüristlər Rusiya-Ermənistan münasibətlərinin möhkəmliyini vaxtsız sınamaq qərarına gəlməklə, sözün əsl mənasında “işə düşüblər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*