“Ermənilər Ukraynaya gedib Rusiya üçün döyüşməyə hazırdırmı?”backend

"Ermənilər Ukraynaya gedib Rusiya üçün döyüşməyə hazırdırmı?"

“Niyə ruslar Sünikdə (Qərbi Zəngəzur – red.) döyüşməyə gəlməyiblər?” deyən hər kəs Ukraynaya gedib Rusiya üçün döyüşməyə hazırdırmı? Məncə, yox”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni jurnalist, “Ana Ermənistan” hərəkatının üzvü Boris Murazi bildirib.

“Ermənistanda indi Rusiyanı “pis müttəfiq” olmaqda ittiham edənlərin hamısı suala belə cavab verir: “Ermənistan Rusiyanın müttəfiqi kimi nə etdi? 2008-ci ildə Ermənistan Rusiyaya kömək etdimi? 2014-cü ildə Donbassda müharibə başlayanda kömək etdimi? İndi Ukraynada kömək edirmi? Məsələ burasındadır ki, bütün bunlar laqeyd qonşunun davranışıdır. Müttəfiqlər belə davranmır”, – deyə jurnalist bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*