Ermənistan ordusunda nə baş verir? – Müdafiə Nazirliyində kütləvi İXTİSARLARbackend

Ermənistan ordusunda nə baş verir? - Müdafiə Nazirliyində kütləvi İXTİSARLAR

Ermənistanın Müdafiə Nazirliyində kütləvi ixtisar olub.

KONKRET.az xəbər verir ki, “İravunk” qəzetinin yazdığına görə, bu günlərdə Ermənistan Müdafiə Nazirliyində kütləvi şəkildə ixtisar baş verib. Belə ki, bir qrup polkovnik artıq ərizə yazıb istefa verib.

“Mənbənin bildirdiyinə görə, nazirlik dövlət qulluğunu da ləğv edəcək. Üstəlik, bir sıra yüksək rütbəli hərbi vəzifəli şəxslərin rütbəsi aşağı salınacaq. Məsələn, bir zabit hərbi qulluqçu,  polkovnik isə polkovnik-leytenant vəzifəsinə və s. endirilə bilər”, -deyə qəzet yazır.

P.S. Bir  qədər sonra orduya ehtiyac duyulmayacağı qənaətinə gələcəklər.  

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*