“Ermənistan və Rusiya iqtisadiyyatları inteqrasiya etməlidir” – Paşinyan səbəbləri AÇIQLADIbackend

“Ermənistan və Rusiya iqtisadiyyatları inteqrasiya etməlidir” – Paşinyan səbəbləri AÇIQLADI

“Ermənistan və Rusiya iqtisadiyyatlarının qarşılıqlı inteqrasiyasına ehtiyac var”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş nazir Nikol Paşinyan səsləndirib:

“Ölkələrimiz arasında bu əlaqələrin olmasının müstəsna əhəmiyyəti var. Rusiya sülh və sabitlik baxımından bölgədə əsas oyunçu olmaqla yanaşı, həm də Ermənistan iqtisadiyyatında əsas yeri olan ölkədir. Bizim əsas ticarət tərəfdaşımızdır. 2019-cu ildə iki ölkənin ticarət dövriyyəsi 2 milyard dolları keçib və bu il ticarətdə ikirəqəmli artım qeydə alınıb” – Paşinyan vurğulayıb.

O əlavə edib ki, Rusiya Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu baxımından da öndə gedir və ölkənin infrastrukturunun inkişafında əsas rol oynayır: “İki ölkə iqtisadiyyatının daha da inteqrasiya etməsi və əməkdaşlığın gücləndirilməsi zəruridir. Avrasiya İqtisadi Birliyi məhz bu məqsədə xidmət edir və Ermənistan təşkilatın möhkəmlənməsində maraqlıdır” – Paşinyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*