Ermənistanda bu məlumatlar DÖVLƏT SİRRİ sayılacaqbackend

Ermənistanda bu məlumatlar DÖVLƏT SİRRİ sayılacaq

Ermənistan hökumətinin yanvarın 25-də keçirilən sonuncu iclasında Silahlı Qüvvələrin ehtiyacları üçün həyata keçirilən və dövlət sirrinə aid edilən satınalmalara dair məlumatların siyahısı təsdiq edilib.

KONKRET.az xəbər verir ki, siyahıya əsasən satınalma ilə bağlı bütün məlumatlar, o cümlədən satınalma sorğuları, texniki şərtlər, satınalma prosesi, o cümlədən mal və ya xidmətlərin tədarükünü həyata keçirmiş və ya müvafiq işləri yerinə yetirmiş təşkilat haqqında məlumatlar dövlət sirri kimi tanınır.

Silahlı Qüvvələrin ehtiyaclarını ödəmək üçün həyata keçirilən satınalmalara hava hücumundan müdafiə sistemlərinin, raket sistemlərinin, reaktiv yaylım atəş sistemlərinin, tank əleyhinə sistemlərin, artilleriya sistemlərinin, minaatan qurğuların, radar və kəşfiyyat sistemlərinin, meteoroloji sistemlərin alınması, modernləşdirilməsi və təmiri daxildir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*