backend

Ermənistanın ABŞ-dakı səfiri pis vəziyyətdə qaldı - Görüşünə cəmi 10 erməni gəldi - FOTO

Ermənistanın ABŞ-dakı yeni səfiri Lilit Makuntsun bu ilin oktyabrın 14-də, Nyu -York şəhərində Amerika erməni hüquqşünaslar assosiasiyasının üzvləri ilə keçirmək istədiyi görüş fiasko ilə nəticələnib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzetində məlumat yayılıb.

Qəzetin informasiyasına əsasən, həmin görüşə cəmi 10 erməni əsilli vəkil gəlib. Hərçənd, Amerika erməni hüquqşünasları assosiasiyasının 300-ə yaxın üzvü var və onlardan azı 30-u Nyu -Yorkda yaşayır.

Lilit Makunts bunu ört-basdır etmək üçün Tvitter hesabında təşkilatın idarə heyətinin üzvləri ilə görüşdüyünü bildirib. Lakin məlum olub ki, tədbirə assosiasiyanın rəhbəri Lüsi Varpetyan belə gəlməyibmiş. Hətta bununla bağlı həmin təşkilat sosial şəbəkələrdə rəsmi xəbər yaymağı da lüzum görməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*