Əsgərlikdən qayıdıb bu gün dəm qazından ölən Süleymanın – FOTOSUbackend

Əsgərlikdən qayıdıb bu gün dəm qazından ölən Süleymanın - FOTOSU

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Müdrüsə kəndində 20 yaşlı gənc dəm qazından zəhərlənərək ölüb.

KONKRET.az xəbər verir ki, kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

Valideynləri onu xəstəxanaya çatdırsa da, artıq gec olub.

İki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqmış.

Süleymanın fotosunu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*