Keçmiş məmur Hannu Laurikaynen Helsinki şəhəri ətrafında sovet avtomobili kirayəsi ilə məşğul olan “Lada” mərkəzi açıb.
KONKRET.az rus portallarına istinadən xəbər verir ki, çeşid bütün modelləri əhatə edir. Təklif olunan 9 model maşının hərəsinin öz adı var: “Sibir xərçəngi”, “Nazir”, “Kope(y)kka”. Kirayə gündəlik 89 avrodur. Təqaüdçülər üçün endirimlər nəzərdə tutulub.
Doğrudur, biznes hələ uğurlu sayılmır. Buna baxmayaraq, “şəhərin mərkəzində özünü vəhşi bir yolda hiss etmək” çağırışı müştəriləri cəlb edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az