Fransada üç mindən çox pedofil keşiş müəyyən edildibackend

Fransada üç mindən çox pedofil keşiş müəyyən edildi

1950-ci ildən bəri Fransada uşaq təcavüzü ilə əlaqəli olan 2,9 mindən 3,2 minə qədər keşiş və digər dini katolik liderlər olub.

KONKRET.az xəbər verir ki, bu barədə France-Press agentliyi kilsənin nəzdində cinsi cinayətlərin araşdırılması üzrə müstəqil komissiyanın rəhbəri Jan-Mark Sauvetə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu təxmin ən aşağıdır və rəqəmlər müxtəlif arxivlərin təhlilinə və komissiyaya daxil olan ifadələrə əsaslanır. 1950-ci ildən bəri 115 mindən çox insan Katolik kilsələrində xidmət edib və ya çalışıb.

Qeyd edək ki, komissiya pedofiliya qurbanlarının istəyi ilə 2018-ci ildə yaradılıb. Onun son hesabatı gələn həftə veriləcək. Komissiya mart ayında verdiyi ara sənəddə 1950-ci ildən bəri Fransada kilsə rəhbərləri tərəfindən törədilən təxminən 10 min uşağın cinsi cinayət qurbanı ola biləcəyini göstərib.

Məlum olduğu kimi, CIASE araşdırmasının ilkin nəticələri mart ayında açıqlanıb. Eyni zamanda, Fransa Katolik yepiskoplarının konfransı, kilsə pedofili qurbanlarına kompensasiya verilməsi ilə bağlı qərar verib – onlara maddi yardım ödəniləcək.

Yeri gəlmişkən, Fransada keşişlər arasında pedofiliya problemi ilə əlaqədar genişmiqyaslı araşdırma bir neçə il əvvəl “paltarlı pedofillər” haqqında qalmaqaldan sonra başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*