Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1997-ci il təvəllüdlü İ.İbrahimovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
