Goranboyda qəza oldu – Xəsarət alanlar varbackend

Goranboyda qəza oldu - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.

Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.

Qəza zamanı 4 nəfər – Saatlı rayon sakinləri 2006-cı il təvəllüdlü Aygün Cəfərova, 2000-ci il təvəlllüdlü Könül Məmmədova,1980-ci il təvəllüdlü Səkinə Yaqubova və 1965-ci il təvəllüdlü Səlvinaz Müsrəddinova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, qəzaya düşən şəxslər yaxınlarının andiçmə mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*