Gümüş dövrün şairləri: sevgi, xəyanət, ehtiras və qalmaqallarla dolu ədəbi həyatbackend

Gümüş dövrün şairləri: sevgi, xəyanət, ehtiras və qalmaqallarla dolu ədəbi həyat

Aleksandr Blok fahişəxanalara gedirdi, amma həyat yoldaşını o qədər ideallaşdırırdı ki, ona barmağının ucu ilə belə toxunmurdu. Blokun həyat yoldaşı isə təsəllini başqa bir şairdə – Andrey Belidə tapırdı.

Andrey Belinin isə Valeri Bryusov və Nina Petrovskaya adlı emosional baxımdan qeyri-sabit qadınla intim münasibətlərdən ibarət qəribə bir üçbucağı vardı. Nina Petrovskaya sonralar Valeri Bryusovun məşhur “Odlu mələk” romanında bədii obraz kimi əks olundu. Şeytan, cadugərlər və ehtiraslarla dolu bu romanı oxumağı tövsiyə edirlər.

Valeri Bryusov kifayət qədər mədəni və ləyaqətli insan idi. Nina Petrovskaya isə sonralar Sokolov-Kreçetovla evləndi. Həmin şəxs gənc gimnaziya şagirdi Şerşeneviçin dizinə əlini qoyaraq ondan bakirəliyini itirib-itirmədiyini soruşurdu.

Artıq yetkin yaşlarında olan Şerşeneviç şairə Nadejda Lvova ilə eşq macərası yaşayırdı. Lakin qadın onun özünü sevmədiyini düşünürdü.

Bryusov da Lvovanı sevmirdi. Çünki o, özünü ləyaqətli insan hesab edirdi. Bir gün Nadejda hər ikisinə zəng edərək yanına gəlmələrini xahiş etdi. Onlar isə bundan imtina etdilər. Nəticədə qadın səkkiz il əvvəl Nina Petrovskayanın Bryusovu güllələməyə cəhd etdiyi, lakin atəş açılmayan həmin tapança ilə özünü öldürdü.

Nina Petrovskaya da sonralar mühacirətdə intihar etdi.

Blokun ətrafında dolaşan qadınlardan biri də Larisa Reysner idi. Deyilənə görə, o, şairə yaxınlaşmağa çalışsa da, istəyinə nail ola bilməmişdi. Əvəzində Nikolay Qumilyov ona görüş təyin etmişdi. Şayiələrə görə, bu görüş sevgi macərası ilə nəticələnmişdi.

Sonralar Reysner Karl Radekin həyat yoldaşı oldu.

Qumilyovu isə arvadı tərk etdi. Anna Axmatovanın həyatında bir müddət bəstəkar Artur Lurye xüsusi yer tutdu. Lurye isə aktrisa Qlebova-Sudeykinaya qarşı güclü hisslər bəsləyirdi. Həmin qadın rəssam Sudeykinlə evli idi və Aleksandr Blokun da heyranlığını qazanmışdı.

Sudeykinlərin mənzilində bir müddət Mixail Kuzmin də yaşayırdı. Bir dəfə Qlebova-Sudeykina ərinin gündəliyini oxumaq qərarına gəldi. Oxuduqlarından sonra ərinin Mixail Kuzminlə münasibətləri barədə artıq heç bir şübhəsi qalmadı.

Yeri gəlmişkən, Mixail Kuzmin gənc oğlanlara xüsusi maraq göstərirdi. O, şeirlər yazır, köhnə inanclara bağlı ailədən çıxmışdı, ənənəvi rus geyimi – poddyovka və uzunboğaz çəkmələr geyinir, saqqal saxlayırdı.

Kuzmin gənc, sarışın Sergey Yeseninə də xüsusi rəğbət bəsləyirdi. Hətta onun ədəbi həyata qədəm qoymasına kömək etmişdi. Yeseninə qayğı göstərir, qurşağını bağlayır, saçlarını sığallayır, baxışları ilə onu izləyirdi.

  • Yesenin uzun illər şair Anatoli Marienqofla eyni mənzildə yaşayıb, onunla bir yorğanın altında yatıb.

Bir dəfə Moskvada dəhşətli soyuqlar düşəndə onlar gənc və gözəl bir şairə qızla razılaşırlar ki, 15 dəqiqə onların yatağında uzanaraq yatağı isitsin, sonra isə evinə getsin. Razılaşmaya əsasən, qız otaqdan çıxana qədər hər iki şair üzlərini divara çevirib oturmalı, ona baxmamalı idilər.

Dörd gün sonra qız bu təklifdən son dərəcə təhqir olunduğunu bildirərək işdən ayrılır. Səbəb isə şairlərin ona qarşı heç bir yaxınlıq cəhdi göstərməməsi idi.

Yeseninin həyat yoldaşı Zinaida Rayx idi. Şair onu tərk etdikdən sonra qadın rejissor Vsevolod Meyerholdla evləndi.

  • Meyerholda eqofuturist şair İvan İqnatyev də şeirlərindən birini həsr etmişdi. “Eşafot. Eqofuturlar” adlı şeir toplusu “Mənim sevgililərimə” ithafı ilə çap olunmuşdu. Topludakı bir əsərin qəhrəmanı rejissora şalvarının qabağındakı düyməni açmağı təklif edirdi. Bu, açıq seksual məzmunlu eyham idi.

İqnatyev İqor Severyaninə də himayədarlıq edirdi. Lakin Severyanin onun diqqətinin mahiyyətini anlamırdı.

İqor Severyanin Mayakovski ilə birlikdə qastrollarda olarkən Şamardina adlı qadına vurulmuşdu. Qadın romantik təbiətli və səhhəti zəif olan biri idi. Severyanin isə baş verənləri anlamırdı. Sonradan məlum oldu ki, həmin vaxt onun Vladimir Mayakovski ilə münasibəti varmış və hətta ondan hamilə qalaraq abort etdirmişdi.

Mayakovski bir müddət Elza Triole ilə görüşürdü. Hətta Elza onun dişlərini düzəltdirmək üçün stomatoloqun pulunu da ödəmişdi.

Lakin sonradan Elza Mayakovskini bacısı Lili Brikə güzəştə getdi.

Lili Brik əri, məşhur ədəbiyyat nəzəriyyəçisi Osip Briklə birlikdə otağa çəkilib qapını bağlayır, orada intim münasibətlər yaşayırdı. Mayakovski isə qapının arxasında oturaraq onların səslərini eşidir və qısqanclıqdan sanki ulayırdı.

Elza Triole isə Viktor Şklovskinin aşiq olduğu qadın idi. O, sonradan Parisə köçərək fransız şairi Lui Araqonla evləndi.

Araqon Jorj Bataille ilə birlikdə kommunist hərəkatında iştirak edirdi. Bataille isə Boris Pilnyakla eyni qadınla – Kolett Pinyö ilə münasibət yaşayırdı.

Şklovski də Elzanın ardınca xaricə getmişdi. Lakin sonradan Rusiyaya, həyat yoldaşının yanına qayıtdı. Onun həyat yoldaşı Sərafimə Qustavovna Suok idi.

Bundan əvvəl Serafima yazıçı Yuri Oleşa ilə birlikdə yaşamışdı. Oleşa məşhur “Üç kök” əsərindəki kukla obrazına məhz onun soyadını vermişdi.

Daha sonra Oleşa Serafimanın bacısı Olqa Suokla evləndi. Üçüncü bacı Lidiya Suok isə şair Eduard Baqriskinin həyat yoldaşı oldu.

Şklovski Bulqakovun sevdiyi qadınlardan birini də əlindən almışdı. Bu səbəbdən yazıçı ona nifrət edirdi və “Ağ qvardiya” romanında Şpolyanski adlı şeytani obrazı yaradarkən Şklovskidən ilhamlandığı bildirilir.

Yelena Sergeyevna isə Bulqakovun həyatına general Şilovskinin həyat yoldaşı kimi daxil olmuşdu. O, generalı tərk edərək Bulqakovla evləndi. Şilovski Lev Tolstoyun “Əzablı yollar” trilogiyasındakı Roşin obrazının prototipi hesab olunur.

“Marqarita”nı itirdikdən sonra Şilovski Aleksey Tolstoyun qızı ilə evləndi.

Yeri gəlmişkən, Aleksey Tolstoy da Qorkinin gəlininə aşiq idi. Həmin qadının sovet dövlət təhlükəsizliyi sisteminin rəhbərlərindən biri olan Genrix Yaqoda ilə münasibət yaşadığı barədə şayiələr dolaşırdı.

Maksim Qorki isə 16 il Marusya Budberqlə birlikdə yaşamışdı. Budberq sonradan məşhur ingilis yazıçısı Herbert Uellsin də həyat yoldaşı oldu.

Qorki Mayakovski haqqında onun sifilis xəstəliyinə tutulduğu barədə şayiələr də yayırdı.

Osip Brik isə bir müddət sonra Lili Briki tərk etdi. Bu, Lilini son dərəcə təəccübləndirmişdi. Çünki o, həyatında ilk dəfə bir kişinin onu tərk etməsi ilə qarşılaşırdı. Osip daha sonra sadə, sakit və yaxşı xasiyyətli bir qadınla evləndi.

Bütün bunları oxuduqdan sonra adamın ağlına yalnız bir fikir gəlir: Mənə isə bütün bunların baş verdiyi dünyada burnumu qurdalamağı belə qadağan etmişdilər!

Müəllif: Andreas Plaronov,
Hazırladı:Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*