Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi – FOTObackend

Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - FOTO

Kəlbəcərdə xidmətdə olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2001-ci il təvəllüdlü Siracov Fətulla Qasım oğlu vəfat edib.

KONKRET.az xəbər verir ki, yaxınlarının “Qafqazinfo”ya bildirdiyinə görə, o, səhhətində yaranan problemə görə dünyanısını dəyişib.

Vəfat edən əsgərimiz bu gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb.

Faktı Müdafiə Nazirliyindən “Qafqazinfo”ya təsdiq ediblər.

Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*