“İçdiyimiz suda olan problemlər sonradan qarşımıza çıxır” – Fazil Mustafabackend

“İçdiyimiz suda olan problemlər sonradan qarşımıza çıxır” - Fazil Mustafa

“Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun bazasını gücləndirmək lazımdır. Bunun üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“İçdiyimiz suda olan problemlər sonradan qarşımıza çıxır. Aldığımız qida məhsullarında, xüsusilə uşaqlar üçün qida məhsullarında olan GMO-ların (red: Genetik Modifikasiya olunmuş Orqanizm) yaratdığı faciələr göz qabağındadır. Ona görə də regionlarda bu institutun filiallarının açılması olduqca önəmlidir. Çünki hər bir məsələnin Bakıda həll olunması yetərli deyil”, – Fazil Mustafa qeyd edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*