İlin ilk günlərinin hava şəraitibackend

İlin ilk günlərinin hava şəraiti

Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib.

KONKRET.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

G. Abbasova qeyd edib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək: “Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*