Artıq bir neçə gündür ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki,GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Ancaq bu sahədə yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. İlk olaraq internet tarifləri ilə bağlı qərar qüvvəyə minmədən kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer aldı.
Yəni internet qiymətlərindəki dəyişiklik qərarı qüvvəyə minmədən öncə bir sıra şirkətlər vətəndaşlardan qiymət artımı ilə bağlı yüksək məbləğ tələb etməyə başladılar. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil oldu ki, məsələ ilə bağlı adıçəkilən qurumdan bildirdilər ki, araşdırma başlanılıb: “Nəticələri olandan sonra biz daha ətraflı məlumat verəcəyik. Bununla bağlı, internetin qiymətlərinin artırılması ilə bağlı bizə daxil olan vətəndaş müraciətləri çoxdur. Sadəcə bazarda ilkin araşdırma aparılıb ki, bu qiymətlər niyə görə artıb? Bu istiqamətdə ilkin araşdırmlara başlanılıb ki, Rəqabət Məcəlləsi pozulur, yaxud pozulmur. Hələ dəqiq nəticə yoxdur”.
Yeni qərarla bağlı digər narazılıq isə ondan ibarətdir ki, artıq bir neçə gündür yeni internet tarifləri qüvvəyə minib, ancaq son günlər sosial şəbəkələrdə vətəndaşların etirazları geniş şəkildə öz əksini tapır. Onlar bildirirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır.
Vətəndaşlar qeyd edirlər ki, əgər abunəçilərə məsələn, 25 AZN müqabilində 100 Mbit/s internet təklif edilmişdisə, hazırda verilən internet heç 60 Mbit/s deyil. Digər ölçülərdə də bu belədir. Yəni internetin sürəti təklif edilən ölçüdən dəfələrlə azdır. Bununla bağlı isə abonentlər bildirir ki, əgər tezliklə təklif edilən Mbit/s təmin edilməsə, kütləvi şəkildə müvafiq provayderi məhkəməyə müraciət edəcəklər.
Göründüyü kimi, bizdə bir sahədə qiymət artımı baş verərkən onun səbəbini adətən keyfiyyətin artırılması ilə izah edirlər. Məsələn, çörəyin qiyməti artırılarkən onun daha keyfiyyətli, çəkisinin artırılacağı bildirilsə də nəticədə çörək bahalaşmasına baxmayaraq, onun nəinki keyfiyyəti artır, hətta çəkisi daha da azalır. Hazırda isə internetin qiyməti bahalaşsa da, sürət nəinki yüksəlib, əksinə, sürətdə azalma özünü göstərir. İctimaiyyət isə müvafiq qurumdan baş vermiş proseslə bağlı cavab gözləyir./”Cebheinfo.az”

Sürəti nə artırsınlar nə də ki qiymətini əvvəlki qaydada qalsın 27 internet telefon pulu olar bu nədir dövlət hara baxır dağılır yaşanası yer deyil daha
Siz məmur özbaşınalığını və qeyri qanuni şəkildə baş verən bütün hadisələri işığlandıra bilərsiz.Təbii ki,məmur özbaşınalığına dediyimiz kənd Bələdiyyəsinin fəaliyyəti və kənd icra nümayəndəsini fəaliyyət ilə bağlı sübutlar əsasında təqdim etdiyimiz qanunsuz işləri işıqlandırmanızı istəyirəm.Bu mümkündürmü. Əvvəlcədən təşəkkür edirəm.
Salam. Əlaqə nömrənizi yaza bilərsinizmi?
İnettə hamı aslandır,gedin mitinqə çıxın,cəsarətiniz varsa,burda sizi heç kim eşitmir,siz hamınız ulayacaqsınız bir ay və davam edəcəksiniz ödəməyə.
İnternetin sürətinin halhazırda 40 mb-tə belə çatmamasını mən də təsdiqləyirəm, qiymət qalxan gündən bugünə kimi hər gün azı 5-6 dəfə speedtestlə yoxlanış edirəm, təəssüflər olsun ki, nə 100,nə 50,33-37 mb-dən yuxarı sürət qeydə ala bilməmişəm. Xalqın cibinə girib, qiymətləri qaldırdılar, adını qoydulr ki, guya sürəti 2.5 dəfə artırdıq, yalansa allah sizin belinizi qırsın, nə sürət qalxdı, nə qiymət endi, qiymət qalxdı, sürət isə biraz da əvvəlkindən aşağı düşdü, allah bəlanızı versin, İn?şallah!
Suretin artmagi cehennemeye. Dahada zeifleyib internet daha zeifleyib azercelin internetin mudriyyetinin hamisinin nəslinə lenet olsun. Ölun ölundeee xarici olkere baxib
İnettə hamı aslandır,gedin mitinqə çıxın,cəsarətiniz varsa,burda sizi heç kim eşitmir,siz hamınız ulayacaqsınız bir ay və davam edəcəksiniz ödəməyə.
Surətdə Heç bir Artım yoxdur 40dan da aşağidir.biz nə vaxta Qədər bu qanunsuzluqlara göz yumaliyik.heç kimin səsi Çixmir Bunlardan hər Gün bir şeyi bahaladirlar
Guya internet güclənirdi? Eksine internet lapda pis güne qaldi yalandan qiymət qaldırmağla deyil hec olmasa haqqını verin bu artimin internet özünden gedir 15 deqiqeye kimi işləmir evvel bundaan qat qat rahat idi stabil internet varidi optik yeni cekilen vaxti müddet kecdiyce azalda azalda gedirler sanki qarinlarina yeyirler interneti
salam internet qiymətin qalxmasi duzgun deyil 25 manat 20 surət dəyməz 15 manat odəyirik hec duzəməli işləmir
Lənətə. Gəlmiş oğrular rədd olun qoyun insanlar rahat yaşasınlar
Kimi kime sikayet edeceksen?!…yasadigin “olke” ni tanimadin hele?!
Bunədir belədə şeymi olar özləri istədiklərini edirlər abunəçilərə soruşmadan qiymət artırmaq düzgün deyil. Bəlkə mən istəmirəm bahalı internet zornan niyə sırıyırsan camaata qaytar əvvəlki kimi et istiyən gedər artıq pul verər artıq internet alar
Lap biabirciliqdi. Vetendasa bu qeder de hormetsizlik olmaz axi. Birincisi, melumat verilmeliydi her bir abuneciye ayriliqda. İkincisi ve en esasi, men istemirem 100 mbitlik internet, ay qansız. Niye mecbur edirsen ki? Pis terefi de budur ki, her sey kimi internet de monopoliyadir, alternativ yoxdur. Cixis yolu istifade etmemekdir, hercend ozum proqramçı olsam da. Mecbur elemeliyik ki, evvelki halina qaytarsinlar.
Burada naxcivanin interneti kimi olub😃. Suretden soz gede bilmezdi. Internetsiz baglanti oxumaqdan yorulmisiq. Eynisi indi bakidadi. Oz keyfiyetlerini yukseldibler da☹️
Her yerde internet bahalaşır ama bir şey var kim bulara bele ixdiyar verir çünkü sənəd var aramızda o senede ecel 18 manatdisa soradan nece bizim icazəmiz imzamız olmadan onu qaldıra bilərlər bu ne demeydi anlamıram bu öz basnaliqdi bu dövlət hara baxır ki bele öz basnaqi edirler her il her şeyin qiyemti qalxır biz hara gedək kime şikayət edək en uca yer haradi ora elimiz qaldırsaq yene catmazki şikayetimizi edək bu ne yasayisdi yasiyiriq yasmaq demey olsa surunurk vallah corey qalxır acından ölek internet niye qalxmalıdır axır biri buna nese demelidir de indide deyirler kim ödemede işletmese cərimə olunacaq kim size bu ixdiyari verir ki bizi cərimə edesiz gücünüz biz kasıblara çatır? Huneriniz varsa cərimə edin bir qepiyde size vermərəm nede buna məcburam öz vətənimdə bizi surundurursuz hara gedək elinizden sosial verib 5 ay olub kəsirlər bir şey tapıb imtina edirsiz ki verimesiz Cənab Dövlət başçımız bunu bize verir ama bezi öz başına məmurlar deyim ne deyim bilmirəm alırlar elimizden yeyirlər haram olsun olara körpelerin kasıbların ahı tutar belelerin