Maşını geriyə sürdü: əlil arabasındakı qızı öldürdübackend

Maşını geriyə sürdü: əlil arabasındakı qızı öldürdü

Astara rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov UAZ markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən əlil arabasında olan 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni görməyib və onu vurub.

Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*