Mişustin bir ay VAXT VERDİ: “İyunun 1-dək tamamlamaq lazımdır”backend

Mişustin bir ay VAXT VERDİ: “İyunun 1-dək tamamlamaq lazımdır”

Rusiyanın baş naziri Mixail Mişustin Rəqəmsal İnkişaf Nazirliyinə “App Store” və “Google Play” kimi tətbiqlərin yerli versiyasını yaratmağı tapşırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Dövlət Dumasında hesabatla çıxışı zamanı bildirib.

Mişustin qeyd edib ki, “App Store” və “Google Play” rusiyalı istifadəçilərin proqram yükləmək imkanlarını məhdudlaşdıra bilər. Ona görə də, baş nazir iyunun 1-dək yerli ekosistemin hazırlanmasını tapşırıb:

“Bunun üçün hər şeyimiz var. Ekosistemin elə elementləri var ki, onları yalnız tamamlamaq lazımdır” – deyə baş nazir vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*