Müdafiə nazirləri Birgə Monitorinq Mərkəzini müzakirə etdilərbackend

Müdafiə nazirləri Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

KONKRET.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar.

H.Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: “Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*