Nazir təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verdibackend

Nazir təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verdi

Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb”.

KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun:

“Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*