“Nikol Paşinyan hökuməti getdikcə xarici siyasətdə subyektivliyini itirir” – SVARANTSbackend

"Nikol Paşinyan hökuməti getdikcə xarici siyasətdə subyektivliyini itirir" - SVARANTS

“Ermənistanı hara aparırlar? 2021-ci ilin son ayları Ermənistanın siyasi həyatında Azərbaycan, Türkiyə və təbii ki, Rusiya ilə münasibətlərdə yeni məsələlərlə yadda qaldı”.

KONKRET.az xəbər verir ki, bu barədə professor Aleksandr Svarants qısa şərhlə şıxış edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin əvvəlcə Soçidə, sonra isə Brüsseldə keçirdikləri görüşlər, görünür, Ermənistan-Azərbaycan münasibətlərində inqilabi dəyişikliklərə səbəb olmadı: “Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı heç bir rəsmi qərar qəbul edilmədi. Daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı da heç bir yenilik ommadı. Zahirən Zaqafqaziya siyasətində aparıcı güc mərkəzlərinin rolu da dəyişməyib”.

Aleksandr Svarants müxtəlif ekspertlərin fikirlərini ümumiləşdirərək deyib ki, “Regionda Ermənistanın qonşu dövlətlərlə münasibətlərinin transformasiyasına yönəlmiş aktiv yenidənqurma və kadr dəyişiklikləri prosesi müşahidə olunur. Eyni zamanda, Nikol Paşinyan hökuməti getdikcə xarici siyasətdə subyektivliyini itirir və Rusiya, Türkiyə və Azərbaycanın iradəsini icra edən alətə çevrilir. Doğrudanmı belədir? Ən yaxşı cavab Ermənistanla bağlı bu ölkənin özündə sonrakı hadisələrlə bağlı olacaq”.

Plitoloq daha sonra vurğulayıb: “Qeyd olunan bütün təhdidlər onu qeyd etməyə imkan verir ki, “daş atma vaxtı” “daş yığmaq vaxtı” ilə əvəz olunmalıdır. Rusiya bu coğrafiyada effektiv siyasət aparmadan postsovet məkanında məsuliyyət zonasına arxalana bilməz. Rəsmi Moskvanın Ermənistan və Qarabağla bağlı güzəşt siyasətinin hara apara biləcəyi tamamilə başadüşüləndir. Bəs regionu itirmək bu bölgədə “qeyri-sabitlik kəməri” əldə etmək lazımdırmı – bunu başa düşmək və qəbul etmək çətindir…”

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*