“Niyə türk bayrağı var idi, erməni bayrağı yox?” – Ermənistan parlamentində MÜBAHİSƏ – VİDEObackend

"Niyə türk bayrağı var idi, erməni bayrağı yox?" - Ermənistan parlamentində MÜBAHİSƏ - VİDEO

Yanvarın 14-də Moskvada keçirilən görüşdə Türkiyə təmsilçisi Serdar Kılıçın avtomobilində türk bayrağı olub, Ermənistan təmsilçisi Ruben Rubinyanın avtomobilində isə bayraq olmayıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bayrağın olmaması Ermənistanda iqtidarla müxalifət arasında mübahisəyə səbəb olub.

“Niyə türk bayrağı var idi, erməni bayrağı yox?”, – “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan parlamentin iclasında deyib.

Normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyanı fraksiya katibi Arçvik Minasyan da protokolu pozmaqda ittiham edib. O xatırladıb ki, əlavə sənədlər olmadan respublikanı danışıqlarda yalnız Baş nazir, Xarici İşlər Nazirliyinin rəhbəri təmsil etmək hüququna malikdir, vitse-spiker yox.

Tənqidlərə cavab olaraq vitse-spiker qeyd edib ki, xüsusi nümayəndə vəzifə deyil, XİN-in ona həvalə etdiyi əlavə funksiyadır.

“Bayraqlara gəlincə, türk elçisi Türkiyənin Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri ilə birlikdə bu simvolun olduğu səfirlik avtomobilində gəlib”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*