Nobel mükafatı laureatı Ədalət Muradovun müşaviri təyin edildibackend

Nobel mükafatı laureatı Ədalət Muradovun müşaviri təyin edildi

Nobel sülh mükafatı laureatı Muhammad Yunus UNEC-də çalışacaq.

KONKRET.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib.

O bildirib ki, professor Muhammad Yunus müraciət edərək rektorun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhvə vermək istəyini bildirib. Onun müraciəti nəzərə alınaraq bu gün UNEC rektorunun müşaviri təyin edilib.
Ətraflı

Qeyd edək ki, M. Yunus “Grameen Bankı”nı təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülüb. Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir.

O, 20 fərqli ölkədən olan universitetlərdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. M. Yunus ABŞ Prezidentinin “Azadlıq” medalını və ABŞ Konqresinin qızıl medalını almış 7 şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarı”, “Top 100 intellektual şəxslər” kimi önəmli siyahılarda da çəkilir.

84 yaşlı banqladeşli professor ilk dəfə 2016-cı ildə ölkəmizdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*