Oğul ananı üç aydır evə buraxmır – Qusarda ŞOK HADİSƏ – VİDEObackend

Oğul ananı üç aydır evə buraxmır - Qusarda ŞOK HADİSƏ - VİDEO

Qusarda tükürpədici hadisə sakinlərdə böyük məyusluq hissi oyadıb.

KONKRET.az-ın şimal bölgəsi üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, Qusar rayon sakini, H.Əliyev, ev.146, m.23 ünvanında qeydiyyatda olan 79 yaşlı Pirəliyeva Mehristan Xanmirzə qızını oğlu evindən qovub. Hazırda 4 oğlu olan ana müxtəlif instansiyalara müraciət edib.

Kiçik oğlu Nəriman Pirəliyev və həyat yoldaşı Samirə Pirəliyeva ananı evdə saxlamaq istəmir.

QEYD: Videoda danışan ananın kiçik oğlu Nəriman Pirəliyevdir!

Mehristan nənə deyir ki, hazırda o, böyük oğlu Alim Pirəliyevin evində Urva Kəndində qalır.

Ana istəyir ki, öz evinə qayıtsın. Lakin 3 aydır onu öz evinə buraxmırlar.

Qeyd edək ki, ev dünyasını dəyişmiş həyat yoldaşı Pirəli Pirəliyevin adınadır.

Daha ətraflı videoda:

P.S. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*