Prezident Armen Sarkisyan Nikol Paşinyanın vəzifəsinə göz dikdibackend

Prezident Armen Sarkisyan Nikol Paşinyanın vəzifəsinə göz dikdi

“Ölkəm üçün potensialımdan yalnız 5-10% istifadə edə bilirəm. Bununsa səbəbi konstitusiya məhdudiyyətləri və tərəfdaşlarımın mənimlə əməkdaşlıq etmək istəməməsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Aram Sarkisyan İctimai Televiziyaya verdiyi müsahibəsində deyib. Prezident əlavə edib ki, “25 il əvvəl baş nazir idim. O zaman cavan idim, nə istədiyimi bilirdim, aydın bir proqramım var idi. Ancaq  bir müddət sonra xəstəxanada 1,5 il xəstə yatmağım arzularımı reallaşdırmağa imkan vermədi. Çox şükür bu gün sizinlə birlikdə olduğum üçün şanslıyam”.

Onun sözlərinə görə, baş nazir postuna iddiası yoxdur. “Amma xalq bunu istəsə, onda vəziyyət dəyişə bilər. Mən Ermənistanın prezidentiyəm. Səlahiyyətlərimin çox məhdud olduğu bir parlament ölkəsində də dövlətimizə kifayət qədər töhfə vermək imkanım var”.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*