Putin Paşinyanla görüşdü – YENİLƏNİBbackend

Putin Paşinyanla görüşdü - YENİLƏNİB

Mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

KONKRET.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bildirilib ki, bu, liderlərin 2023-cü ilin dekabrından bəri ilk görüşüdür. Kreml qeyd edib ki, bundan sonra Putinlə Paşinyan arasında faktiki olaraq heç bir əlaqə olmayıb, ona görə də bugünkü söhbət xüsusilə vacibdir.

Rusiya tərəfi həmçinin bəyan edib ki, Moskva ilə İrəvan arasında münasibətlər ağır günlər yaşayır: iki ölkə arasında təmaslar azalıb, Ermənistan nümayəndələri həm Rusiyanı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edirlər.

23:40

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşün protokol hissəsində Kremlin rəhbəri qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*