Qardaşı və oğlu Vətən müharibəsində iştirak edən tanınmış müğənni: “Şəhid anaları baxır, necə mahnı oxuyum?” – FOTOLARbackend

Qardaşı və oğlu Vətən müharibəsində iştirak edən tanınmış müğənni: "Şəhid anaları baxır, necə mahnı oxuyum?" - FOTOLAR

Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılarından olub.

KONKRET.az xəbər verir ki, sənətçinin ailə üzvləri könüllü olaraq döyüşə yollanıblar.

Məsələ ilə bağlı Ə.Qubadova suallar ünvanlansa da, o, bu mövzudan danışmağı özünə yaraşdırmadığını deyib:

“Hər ikisinin borcudur. Gedib Vətən borclarını yerinə yetiriblər. Bununla özümü reklam etmək istəmirəm. Kimin uşağından əskikdirlər? Getməliydilər də. İndi mən müharibəylə özümü reklam edim? Bəs onda şəhid anaları nə etsinlər? Mən efirə çıxmağa utanıram. Şəhid anaları baxır, necə mahnı oxuyum? Olmaz”./axşam.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*