Qızdırması olan 2 nəfər imtahana buraxılmadı – DİMbackend

Qızdırması olan 2 nəfər imtahana buraxılmadı - DİM

İki nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına buraxılmayıb.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*