Züqanov Qorbaçovu SSRİ-nin dağılmasına görə mühakimə etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyası liderinin fikrincə, Qorbaçov Sovet İttifaqının mövcudluğunu dayandırmasına görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
“Qorbaçov o qədər də uzaq olmayan yerlərə göndərilməlidir, çünki xalqların vahid bir sovet ölkəsində yaşamaq iradəsini kəsib. 77% buna səs verib”, -deyə Züqanov bildirib. Qorbaçovun köməkçisi Pavel Palazçenko URA.RU-ya bildirib ki, SSRİ-nin ilk və yeganə prezidentinin çevrəsi Zyuganovun “Qorbaçova qarşı” bəyanatlarına münasibət bildirmək niyyətində deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az
