Xəbər verdiyimiz kimi noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Bununla bağlı sevincini KONKRET.az-la bölüşən Azərbaycanın xalq artisti Rasim Balayev bildirib ki, bu gün Azərbaycan xalqı çox qürurverici günlər yaşayır: “Hələ də mənim Şuşanın azad olunmasına inanmağım gəlmir. Şuşa bizim ürəyimizdir. Dünən neçə dəfə kövrəlib, ağlamışam. Bu, elə bir qələbədir ki, onu sözlə ifadə etmək mümkün deyil. Mən xoşbəxtəm ki, Şuşanın işğaldan azad olunduğunu görə bildim. Mən sonuncu dəfə 1989-ci ildə bu şəhərdə olmuşdum. Düşünürdüm ki, bir daha Şuşanı görə bilməyəcəm. Amma Allahıma çox şükürlər olsun ki, bu sevinci yaşaya bildim. Şuşa Azərbaycanın ürəyi, xalqımızın başının tacıdır”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
