“Regionda müharibə ehtimalı yoxdur” – İranlı generalbackend

"Regionda müharibə ehtimalı yoxdur" - İranlı general

“Regionda müharibə ehtimalı yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Məhəmmədrza Aştiani bildirib.

Briqada generalı Aştiani Azərbaycan və Ermənistan arasındakı gərginliyi şərh edərkən vurğulayıb ki, “Regionda müharibə olmayacaq və İslam Respublikasının geosiyasi məsələlərdə mövqeyi aydındır”.

O, çərşənbə günü Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərin sualını cavablandırarkən deyib ki: “Biz regionda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyik və bunu hamı bilir”.

Qafqazda baş verən hadisələrə işarə edən briqada generalı Aştiyani deyib: “Hadisələrin hazırkı gedişatı göstərir ki, xüsusi bir şey olmayacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*