Ronaldo Ər-Riyaddakı oteldə 17 otaq İCARƏYƏ GÖTÜRDÜbackend

Ronaldo Ər-Riyaddakı oteldə 17 otaq İCARƏYƏ GÖTÜRDÜ

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Ər-Riyaddakı dəbdəbəli “Kingdom Tower” otelində 17 otaq icarəyə götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə”Daily Mail” nəşri yazıb.

Bildirilib ki, futbolçuya ailə üzvlərini və mühafizəçiləri yerləşdirmək üçün bu qədər otaq lazım olub.

Qeyd edək ki, dekabrın sonunda “Əl-Nəsr” Ronaldo ilə 2025-ci ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb, ötən gün isə futbolçu azarkeşlərə təqdim olunub.

Məlum olub ki, Portuqaliya millisinin kapitanına sevgilisi ilə nikahsız Səudiyyə Ərəbistanında yaşamağa icazə verilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*