Ronaldu məhkəmə qarşısına çıxarıla bilərbackend

Ronaldu məhkəmə qarşısına çıxarıla bilər 

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu qardaşı Huqo Dinarte Santos Aveyro ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün şahid qismində məhkəmə iclasına çağırıla bilər.

KONKRET.az xəbər verir ki,  Ronaldunun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rokko Valenti ilə Ronaldunun qardaşının nümayəndəsi olduğu şirkət arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.

Tərəflər arasında Ronaldunun idman köynəklərinin istehsalı üzrə anlaşılmazlıq yaşanıb. Köynəklərin dizaynını Ronaldunun qardaşı bəyənib, lakin sifarişçi onunla razılaşmayıb.

Valentinin maraqlarını təmsil edən vəkil Robert Kapraya növbəti məhkəmə iclası üçün mayın 31-də Kriştianunu çağırmağı təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*