Saakaşvili: “Ruslara Gürcüstanda yaşayış üçün icazə ləğv edilməlidir”backend

Saakaşvili: "Ruslara Gürcüstanda yaşayış üçün icazə ləğv edilməlidir"

Mixeil Saakaşvili hesab edir ki, ruslara Gürcüstanda müvəqqəti yaşamağa icazə verilməməlidir.

KONKRET.az xəbər verir ki, gələn ilin sonuna planlaşdırılan növbəti parlament seçkilərindən sonra bu, mütləq baş verəcək.

Hakimiyyət dəyişikliyindən sonra Gürcüstan Rusiya vətəndaşlarına daimi və ya müvəqqəti yaşamaq icazəsi verməyəcək.

Mixeil Saakaşvili sosial şəbəkələrdəki səhifələrində bunları bildirib:

“Gürcüstana milli hökumət gələndən sonra ruslar üçün asanlıqla vətəndaşlıq və yaşayış icazəsi almağın müxtəlif yolları ləğv ediləcək və daşınmaz əmlakın satışını təşviq etməklə onlara ölkəni tərk etmək üçün vaxt veriləcək”.

O qeyd edib ki, rusları daimi sakin kimi yox, turist kimi qəbul etmək lazımdır. Xatırladaq ki, Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ilin payızına təyin edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*