Sabir Rüstəmxanlı Ukraynadakı səfirliyimizdən ŞİKAYƏTLƏNDİbackend

Sabir Rüstəmxanlı Ukraynadakı səfirliyimizdən ŞİKAYƏTLƏNDİ

“Ukraynadakı səfirlik işləmədi, heç kim nə etdiyini bilmirdi, Xarkovda yalnız fəxri konsulumuz işləyirdi”.

KONKRET.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat Azərbaycanın Ukraynadakı səfirliyindən parlamentdə şikayət edib.

Onun sözlərinə görə, Ukraynadan vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları sərhəddə çoxlu çətinliklərlə üzləşirlər.

“Ukraynadakı səfirlik işləmədi. Heç kim nə etdiyini bilmirdi. Xarkovda yalnız fəxri konsulumuz işləyirdi”, – deyə parlamentari bildirib.

Deputat qeyd edib ki, “ASAN xidmət” modelini səyyar formada xarici ölkələrdə təşkil etsək, yaxşı olar.

“Amma bu problemi biz həll edə bilmirik. Digər tərəfdən, sərhəddə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız çox çətinliklərlə üzləşir. Ukraynada səfirliyimiz işləmədi, sadəcə, Xarkovda fəxri konsulumuz işlədi. Amma səfirlik nə iş gördü, heç kim bilmədi”, -deyə deputat bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*