Şəmkirdə ağır qəza baş verdi – YENİLƏNİB-1backend

Şəmkirdə ağır qəza baş verdi - YENİLƏNİB-1

Şəmkirdə ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, qəzada 1989-cu il təvəllüdlü Elvin Qafarov və 1971-ci il təvəllüldü Şıxəli Abbasov həyatlarının itirib.

09:53

Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli “KamAz” markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

KONKRET.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Apa-ya verdiyi xəbərə görə, hadisə nəticəsində “VAZ-2106”-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

09:29

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını yolda dayanmış avtomobilə arxadan çırpılıb. Qəza zamanı 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*