SON DƏQİQƏ: Ermənistan parlamentində qondarma “Artsax”ın bayrağı endirildi – VİDEObackend

SON DƏQİQƏ: Ermənistan parlamentində qondarma "Artsax"ın bayrağı endirildi - VİDEO

Ermənistan parlamentində “Artsax”ın bayrağı endirilib.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan tribunaya yaxınlaşaraq Seyran Ohanyanın qaldırdığı “Artsax” bayrağını endirib.

Bu hadisə Ermənistan parlamentində birmənalı qarşılanmayıb.

Xatırladaq ki, parlamentin müxalifət nümayəndələri bu həftə keçiriləcək iclaslarda və səsvermədə iştirak etməyəcəklərini, “Artsaxa” və Ermənistanın sərhəd rayonlarına gedəcəklərini açıqlayıblar.

Seyran Ohanyan və digər müxalifət deputatları stolların üzərinə “Artsax” bayraqlarını qoyublar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*