Sultan qızının 1 həftə davam edən dəbdəbəli toyundan FOTOLARbackend

Sultan qızının 1 həftə davam edən dəbdəbəli toyundan FOTOLAR

Bruney sultanı, Baş naziri Hassanal Bolkiahın 36 yaşlı şahzadə qızı Fadzillah Lubabul Avanq Abdullah Nabil Mahmud Əl-Haşimi ilə ailə qurub.

KONKRET.az xəbər verir ki, dəbdəbəli toydan görüntüləri malayziyalı dizayner Bernard Çandran instaqram səhifəsində paylaşıb.

Xarici mətbuatın yazdığına görə, cütlüyün nikaha girməsi dekabrın 31-də məlum olub, toy isə yanvarın 16-da başlayıb və bir həftə davam edib.

Yeni ailə quranlar toya brilliantlar, bahalı daş-qaşlarla bəzədilmiş geyimlərdə qatılıb. İndoneziya mətbuatının iddiasına görə, bəyin ölkədə kofe restoranları şəbəkəsi var.

Qeyd edək ki, şahzadə Fadzillahın atası – Bruney sultanı Hassanal Bolkiahın dünyanın ən varlı insanlarından biridir. Onun varidatı 20 milyard dollara yaxındır. Gəlinin anası – Mariam Abdul Əziz keçmiş stüardessa və həyat yoldaşının ikinci xanımıdır. Şahzadənin özü isə 12 uşaqlı ailənin doqquzuncusudur.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Bernard Chandran (@bernardchandran)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*