“Şuşa tezliklə dünyanın ən tanınmış turizm mərkəzinə çevriləcək” – AÇIQLAMAbackend

“Şuşa tezliklə dünyanın ən tanınmış turizm mərkəzinə çevriləcək” - AÇIQLAMA

Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Bu gün sosial şəbəkə istifadəçilərinin bəziləri paytaxtın gələcəkdə Şuşaya və ya Xankəndinə köçürülməsi ilə bağlı təkliflər səsləndirir.

Bununla bağlı KONKRET.az-a danışan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki,  Şuşanın gözəl və cənnət məkan olduğuna görə müharibədən sonra paytaxtın oraya köçürülməsi ilə bağlı təşəbbüslər var: “Paytaxtın Şuşaya köçürülməsi ilə bağlı heç bir imkan və şərait yoxdur. Çünki Şuşa 40-50 min əhalisi olan balaca şəhərdir. Dağların başında olduğu üçün də Şuşanı böyütmək də çətindir. Məncə paytaxtın Bakıdan Şuşaya köçürülməsi real səslənmir. İnsanlar sadəcə sevgisini və həyəcanını göstərir. Keçmişdə də paytaxtın başqa şəhərə köçürülməsi ilə bağlı dövlət səviyəsində təkliflər olmuşdu. Bu təcrübə Qazaxıstanda olub. Belə ki, onlar paytaxt üçün yeni şəhər tikdilər. Yəni paytaxtı Almatadan yeni tikilən Astana şəhərinə köçürdülər. Azərbaycanın paytaxtı balaca şəhərə köçürülə bilməz axı. Dövlət səviyyəsində paytaxtın köçürülməsi ilə bağlı qərar qəbul edilərsə, yaxın ərazilərdə mövcud böyük boş sahələrdə şəhər salmaq olar. Amma Şuşada bu, mümkün deyil”.

Firudin Məmmədov vurğulayıb ki, Şuşa və Xankəndi əslində turuzim mərkəzidir: “Oralara paytaxt köçürülməsini düzgün hesab etmirəm. Şuşaya və Xankəndinə gələcəkdə milyonlarla turistlər axışacaq. Oraya axışan turistlərə görə büdcəyə milyardlarla vəsait daxil olacaq. Hələ SSRİ-nin dövründə Şuşa turizm mərkəzi idi. Bu gün Qarabağ bu qədər təbliğ edildiyi bir zamanda müharibədən sonra qısa bir dövrdə Şuşaya xeyli sayda turistin axışması gözlənilir. Tezliklə Şuşa dünyada tanınan turizm mərkəzlərindən birinə çevriləcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*