Tanınmış alim açıqlama yaydı: “Ramiz Mehdiyevə müraciət etməmişəm”backend

Tanınmış alim açıqlama yaydı: "Ramiz Mehdiyevə müraciət etməmişəm"

“Kitabın (“Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində” – red.) çapı barədə mən AMEA rəhbərliyinə və digərlərinə deməmişəm. Bu şəxsi araşdırmamdır və onu çap etmək mənim şəxsi işimdir. AMEA-ya müraciət eləsəm, bu kitabı dərhal çap edərlər. Amma mən özüm oxucuların marağını nəzərə alaraq, yəni bu cür kitablar oxucu marağını cəlb etmir deyə özüm çap etmək istəmirəm”.

KONKRET.az-ın xəbərinə görə, bu sözləri tanınmış tarixçi-alim, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev bildirib.

Qeyd edək ki, dünən Ramiz Mehdiyevlə bağlı şok iddia yayılıb. İddiaya görə, R.Mehdiyev erməni yalanlarını ifşa edən kitabı çap etdirməyib.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*